Intra
daha təhlükəsiz və sərbəst
internetə giriş təklif edir.

Intra xəbər saytlarına, sosial media platformalarına və mesajlaşma tətbiqlərinə girişi bloklamaq üçün istifadə edilən kiberhücumdan - DNS manipulyasiyasından qoruyur.

INTRA ƏLDƏ EDİN

01

more open internet access

Daha sərbəst internet girişi

Intra onlayn senzuranın ən geniş yayılmış formalarından biri olan DNS manipulyasiyası ilə bloklanmış veb-saytlara və tətbiqlərə daxil olmaq imkanı verir.

02

protection from digital attacks

Rəqəmsal hücumlardan qorunma

Intra fişinq və zərərli proqramlardan qorunmağınıza kömək edir. Bu hücumlar istifadəçi adları və parollar kimi şəxsi məlumatların oğurlanması və ya sizi saxta veb-saytlara yönləndirərək cihazınızda proqram təminatının quraşdırılması üçün istifadə olunur.

03

unlimited protection with one click

Bir kliklə limitsiz qorunma

Intra-nın istifadəsi çox asandır. Tətbiqin işləməsi üçün onu açmaq kifayətdir. Intra internet bağlantısını zəiflətmir və data istifadəsi üçün limit yoxdur.

04

technology you can trust

Etibarlı texnologiya

Intra məlumatlarınızın məxfiliyini qoruyur. İstifadə etdiyiniz tətbiqlər və ya daxil olduğunuz veb-saytlar izlənmir.

Intra DNS serveri provayderinizi fərdiləşdirməyə imkan verir. Öz serverinizdən istifadə edə, yaxud Cloudflare və ya Google kimi məşhur provayderlərdən birini seçə bilərsiniz.

İşləmə qaydası

Intra internet bağlantınızı ictimai Domen Adları Sistemi (DNS) serverinə şifrələyir. DNS serverləri kontakt siyahısı kimi işləyir. Belə ki, internetdən istifadə etdiyiniz zaman DNS serveriniz veb-sayta daxil olmaq və ya tətbiq açmaq üçün lazım olan dəqiq ünvanları təqdim edir.

Bununla belə, DNS serverləri girişi bloklamaq və ya sizi saxta veb-saytlara yönləndirmək üçün dəyişdirilə bilər. Intra Android cihazınızda bağlantınızı DNS serverlərinə şifrələməklə nəticələrin manipulyasiya edilməsinin qarşısını almağa kömək edir və internetə təhlükəsiz şəkildə daxil olmağınızı təmin edir.

Intra Android 4.0 və daha yeni versiyalarda işləyir. Sadəcə bir neçə saniyə ərzində istifadəyə başlaya bilərsiniz.